media-63847ef6cb6d863847ef6cb6d9166962763863847ef6cb6d663847ef6cb6d7
media-bant_master
Azərbaycanın müstəqillik tarixinin ən gərgin və taleyüklü mərhələlərindən biri 1990-cı illərin əvvəllərinə təsadüf edir. Dövlət institutlarının zəiflədiyi, siyasi idarəetmədə qeyri-sabitlik və parçalanmanın yarandığı, torpaqlarımızın ard-arda itirildiyi həmin dövr Azərbaycan üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Ölkənin gələcəyinin necə olacağına dair suallar artır, xalqda narahatlıq dərinləşirdi. Belə ağır bir şəraitdə milli düşüncəli ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və nüfuzlu şəxslər ölkənin taleyinə biganə qalmayaraq tarixə “91-lər” adı ilə düşən mühüm addım atdılar.
Onların məqsədi şəxsi maraqlar deyil, dövlətçilik irsinin qorunması, milli təhlükəsizlik və Azərbaycan xalqının xilası idi. Məhz bu siyasi və ictimai məsuliyyət vətəndaş cəsarətinə çevrilərək tanınmış dövlət xadimi, xalqın sevgisini qazanan, dünyanın müxtəlif mərhələlərində müdrikliyi və qətiyyəti ilə fərqlənən Heydər Əliyevin yenidən ölkənin siyasi həyatına qayıtması üçün müraciət edilməsinə səbəb oldu.
“91-lər”in müraciəti təkcə siyasi çağırış deyil, milli iradənin, dövlətə sədaqətin və liderə inamın parlaq nümunəsi idi. Onlar yaxşı dərk edirdilər ki, Azərbaycanın düşdüyü böhranı yalnız təcrübə, qətiyyət və uzaqgörənliklə idarə edə bilən şəxs aradan qaldıra bilər. Heydər Əliyevin dövlətçilik məktəbi, respublikanı keçmiş dövrlərdə inkişaf yoluna çıxararaq böyük siyasətdə nüfuz qazandırması bu inamın əsas dayağı idi.
1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı həmin müraciətin tarixi olaraq nə qədər düzgün, düşünülmüş və strateji əhəmiyyət kəsb etdiyini təsdiqlədi. Onun qayıdışı ölkədə sabitliyin bərpası, hüquqi-siyasi islahatların başlanması və Azərbaycan dövlətçiliyinin dağılmaq təhlükəsindən xilas olması ilə nəticələndi. Ulu Öndər öz fəaliyyəti ilə sübut etdi ki, müstəqillik yalnız əldə edilməklə deyil, həm də qorunmaq və möhkəmləndirilməklə yaşaya bilər.

media-574857645_122097196671109596_8045612143333846581_n

Əlövsət MƏMMƏDOV,

 


media-adspc

Bənzər xəbərlər