Bakı sakinləri üçün ictimai dinləmə təşkil ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iyunun 29-u saat 11:00-da Bakı şəhərində ictimai dinləmə keçiriləcək.
ERAmedia-ya Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırma” mövzusuna həsr olunacaq.
İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5512) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Sosial ehtiyacların qiymətləndirilməsi üzrə mərkəzi filiala yaxınlaşa bilərlər.










