media-img_5428
media-bant_master
Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Əliyev Əliyar Yusif oğlunun Sumqayıt şəhərində qoyulan abidəsi önündə doğum günü tədbiri keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
ERAmedia xəbər verir ki, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəhrəmanımızın abidəsi ziyarət olunub, gül dəstələri qoyulub.
Qeyd olunub ki, 44 günlük müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edilib. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. Birinci Qarabağ müharibəsində düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 300-dən artıq rayon sakini əlil olub, 100 nəfərdən çox itgin düşüb. 11 nəfər Milli Qəhrəman adına layiq görülüb. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazıblar.
Çıxış edənlər Milli Qəhrəmanımızla bağlı öz xatirələrini bölüşərək qeyd edibər ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, həmişə diqqət mərkəzində saxlanılır, dövlətimiz bu gün Milli Qəhrəman və şəhid ailələrinin sosial problemi ilə yaxından maraqlanır, onların həllinə köməklik edir.
Sonda çıxış edən Milli Qəhrəman Əliyar Əliyevin oğlu Emin Əliyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1992-ci il 3 oktyabr tarixində “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub, anadan olduğu doğma kəndində torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Əli Fərhad

media-adspc

Bənzər xəbərlər