media-videoedited
media-eeebe779-60c8-3819-baf2-bb7a6ac0906e_825
media-shehidler_olmez_baner_full

“Tehran və Vaşinqton nüvə sazişinin imzalanmasına çox yaxın idi, lakin İsrail ABŞ-ni aldatmaqla İrana hücum qərarı verməyə inandırdı”.

ERAmedia xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabındakı paylaşımında bildirib. Nazir həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun İranın nüvə silahı hazırladığına dair açıqlamalarını “saxta” adlandırıb.

Əraqçi qeyd edib ki, Tehran problemin həlli üçün yeganə düzgün yolun diplomatik danışıqlardan keçdiyinə inanır.

Xatırladaq ki, bu ilin iyun ayında İsrail ABŞ-İran danışıqlarının davam etdiyi müddətdə Tehran və digər ərazilərə hava hücumu həyata keçirmişdi.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər