media-videoedited
media-ordubad
media-shehidler_olmez_baner_full

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları Ordubad rayonu ərazisində yerləşən abidələrə baxış keçiriblər.

İşçi qrup Ordubad şəhəri, eləcə də rayonun Xanağa, Vənənd, Ağrı və Dizə kəndlərində yerləşən abidələrin mövcud vəziyyətini yerində qiymətləndirib.

Eyni zamanda fotoşəkillər çəkilib və koordinatları müəyyən olunub.

Qeyd edək ki, toplanmış məlumatlar əsasında abidələr haqqında ekspertiza aktları hazırlanacaq. Hazırlanmış aktlar müvafiq rəy alındıqdan sonra təkliflərlə birgə aidiyyəti üzrə təqdim ediləcək.


media-adspc

Bənzər xəbərlər