media-6466cc470a60357
media-bant_master

Vaşinqtonun qərarı ilə ABŞ zərbxanaları, o cümlədən Filadelfiya və Denver zərbxanaları 200 ildən çox müddət ərzində döyülmüş bir nominallı sentlərin istehsalını rəsmi olaraq dayandırıb.

ERAmedia bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, istehsalın dayandırılmasına baxmayaraq buna qədər milyardlarla zərb olunmuş sentlər hələ tədavüldə qalacaq, ən son buraxılan sentlərin isə hərraclara çıxaraılacağı bildirilir.

ABŞ Maliyyə Nazirliyi bu qərarı sent istehsalının maliyyə baxımından səmərəli olmaması ilə əsaslandırıb. Belə ki, mislə cilalanmış zink tərkibli hər penninin (sentin köhnə adı-red) zərb olunması ABŞ hökumətinə 4 sentə başa gəlir.


media-adspc

Bənzər xəbərlər