media-45eee7b4-7a35-4bb4-ad16-233e6ae2ba91
media-bant_master

ABŞ hakimiyyəti 42 ölkədən olan turistlərin, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreyadan gələnlərin son beş ildə sosial şəbəkələrdəki hesablarını yoxlamağı planlaşdırır.

Sözügedən ölkələr hamısı ABŞ-ın vizasız giriş proqramına (Visa Waiver Program) daxildir.

ERAmedia “The New York Times”a istinadən xəbər verir ki, ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Xidməti proqram iştirakçılarına tətbiq ediləcək yeni qaydalar layihəsini dərc edib.

Təklif olunan dəyişikliklər qüvvəyə minərsə, elektron giriş icazəsi (ESTA) üçün müraciət edən şəxslərdən son 5 ildə istifadə etdikləri bütün sosial şəbəkə hesablarının məlumatları, son 10 ilin elektron poçt ünvanları, eləcə də ailə üzvlərinin adları, doğum tarixləri və yaşayış yerləri tələb olunacaq.

Hazırda 42 ölkənin vətəndaşları ABŞ-a vizasız səfər üçün yalnız 40 ABŞ dolları ödəyərək ESTA icazəsi alır və əlavə məlumat təqdim etmədən 90 günə qədər ölkədə qala bilirlər. ESTA iki il qüvvədə olur və yalnız əsas əlaqə məlumatlarının daxil edilməsini tələb edir.

Yeni qaydalar qəbul edilərsə, turistlərdən tələb olunan məlumat həcmi əhəmiyyətli dərəcədə artacaq.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər