media-whatsapp-image-2026-05-19-at-11-34-44

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzinə kimliyi hələ müəyyən olunmayan 2 nəfər tərəfindən silahlı hücum edilib.

ERAmedia xəbər verir ki, polisin yaydığı məlumata görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib. Hücum edən 2 şübhəli də hadisə yerində öldürülmüş halda tapılıb.

Rəsmilər hücumun səbəbi və mümkün əlaqələri ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər. Hadisə ABŞ-da ibadət yerlərinin təhlükəsizliyi və nifrət motivli hücumlar mövzusunu yenidən gündəmə gətirib.

ABŞ prezidenti Donald Tramp San-Dieqo İslam Mərkəzinə edilən silahlı hücumla bağlı açıqlama verib.

Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp hadisə barədə məlumatlandırıldığını deyib.

O, hücumu “dəhşətli hadisə” kimi qiymətləndirib və ilkin məlumatların ona çatdırıldığını bildirib. ABŞ prezidenti hadisənin diqqətlə araşdırılacağını və məsələyə ciddi yanaşılacağını vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər