media-fee52131-6af1-4a5c-b455-389ee3ef0ce2-img_2450

ABŞ-ın Oklahoma ştatında baş verən silahlı insident nəticəsində azı 10 nəfər yaralanıb.

ERAmedia xəbər verir ki, məlumata görə, hadisə yerli vaxtla saat 21:00 radələrində Arkadiya gölü yaxınlığında qeydə alınıb. Polisə ərazidə atəş açılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

İlkin məlumata əsasən, açılan atəş nəticəsində yaralanan azı 10 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, insident Arkadiya gölü ətrafında gənclərin toplaşdığı məclis zamanı baş verib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər