media-whatsapp-image-2026-05-21-at-10-41-46

ABŞ-ın Nyu-Meksiko ştatında baş verən müəmmalı hadisə bölgədə həyəcan yaradıb. Albuquerque şəhərində bir evə həddindən artıq dozada maddə istifadəsi şübhəsi ilə təcili yardım qrupları göndərilib.

ERAmedia xəbər verir ki, rəsmi məlumatlara görə, evdə huşsuz vəziyyətdə tapılan 4 nəfərdən 3-ü həyatını itirib. Sağ qalan 1 nəfər isə xəstəxanada müalicə olunur.

Nyu-Meksiko rəsmiləri bildiriblər ki, ilkin çağırış “həddindən artıq dozada maddə istifadəsi” şübhəsi ilə olub. Lakin evdə olan şəxslərin “tanınmayan maddəyə” məruz qalması nəticəsində huşlarını itirdikləri müəyyən edilib.

Hadisə zamanı müdaxilə edən təcili yardım və xilasetmə qrupundan 18 nəfər də həmin maddəyə məruz qalıb. Onlarda ürəkbulanma və başgicəllənmə kimi əlamətlər müşahidə olunub və xəstəxanaya yerləşdiriliblər.

Rəsmilər bildirib ki, ilk yardım əməkdaşları karantinə alınıb və nəzarət altına götürülüb. Onlardan 2 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yanğınsöndürmə xidmətləri hadisə yerində maddənin müəyyən edilməsi üçün araşdırma aparır. İlkin qiymətləndirməyə görə, ictimai sağlamlıq üçün genişmiqyaslı təhlükə olmadığı bildirilir.

Vural


media-adspc

Bənzər xəbərlər