ABŞ-dan böyük nümayəndə heyəti Ermənistana niyə gəlib?
Bir neçə gün əvvəl ABŞ-dən böyük bir nümayəndə heyəti Ermənistana səfər edib. Səfərin məqsədinin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensın qarşıdan gələn mümkün səfərinə hazırlıq olduğu ehtimal edilir.
ERAmedia xəbər verir ki, bu barədə ERmənistanın “Qraparak” qəzeti öz mənbələrinə məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti üçün “Armenia–Marriott” otelində bütöv bir mərtəbə ayrılıb. Onlarla otaqdan yalnız masa və stullar saxlanılıb, digər mebellər isə çıxarılıb. Otel əməkdaşlarına həmin mərtəbədə olmağa qadağa qoyulub.
Qeyd olunur ki, nümayəndə heyətinin üzvləri gecəni otelin başqa hissəsində keçirəcəklər. Onlar Ermənistanda iki həftə qalacaqlar.
Xatırladaq ki, vitse-prezident Vensın fevralın 9-da Ermənistana səfər edəcəyi, ertəsi gün isə Bakıya gələcəyi bildirilir.
Vural









