ABŞ-dan göstəriş: Kəşfiyyat məlumatları silinir
ABŞ-ın Kəşfiyyat İdarəsi kəşfiyyat məlumatlarını qorumaq məqsədilə kəşfiyyat serverlərini təmizləmək və məlumatları silmək barədə göstəriş verib.
ERAmedia-nın BBC-yə istinadən məlumatına görə, iki ABŞ rəsmisi bu xəbəri təsdiqləyib.
Bildirilib ki, ABŞ kəşfiyyat əməkdaşlarına kəşfiyyat məlumatlarını məhv etmək və məxfi serverləri təmizləmək əmri verilib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixindən etibarən İran ərazisinə hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində dağıntılar baş verib və insanlar həlak olub. İran isə cavab olaraq İsrail və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir.
Hücumlar nəticəsində İranın ali lideri Xamneyi və digər yüksək vəzifəli şəxslər də həyatını itirib.
Martın 2-də İsrailə qarşı mübarizəyə “Hizbullah” da qoşulub. İsrail hərəkata qarşı cənub Livana hücum əməliyyatı başladığını açıqlayıb.
Vüsalə









