media-458017

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 13–14-də işgüzar səfərlə ABŞ-da olacaq.

ERAmedia xəbər verir ki, Ermənistan XİN-in məlumatına görə, səfər çərçivəsində Mirzoyanın ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılıb.

Görüşün yekununda “TRIPP” (Zəngəzur dəhlizi -red.) proqramının icrası üzrə çərçivə sənədinə dair Birgə Bəyanatın qəbul edilməsi nəzərdə tutulur.

Görüş yerli vaxtla saat 21:00-da keçiriləcək. Daha sonra tərəflərə dövlət katibinin müavini Huker, ardınca isə Büro rəhbərliyindən yüksək vəzifəli məmur Qanraxan qoşulacaq.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər