media-videoedited
media-f-35-in-the-blue-skies
media-shehidler_olmez_baner_full

Belçika 2018-ci ildə ABŞ-yə sifariş etdiyi ilk üç “F-35” qırıcı-bombardmançı təyyarəsini aldığını bildirib.

ERAmedia xəbər verir ki, bu barədə məlumatı NATO-nun mətbuat xidməti yayıb.

Xəbərdə deyilir: “Belçika ilk “F-35″ təyyarələrini qarşıladı. Belçika pilotları Floren aviabazasından ilk uçuşlarını həyata keçirdilər”. NATO-dan bildiriblər ki, bu təyyarələr Alyansın hava məkanını daha yaxşı qorumağa imkan verəcək.

Belçika 2018-ci ildə ABŞ-yə ümumən 35 “F-35” qırıcısı sifariş edib və daha 10 belə təyyarə almağı planlaşdırır. Bunlar Belçika Hərbi Hava Qüvvələrinin cəbbəxanasındakı təxminən 200 ədəd “F-16” təyyarəsini əvəz edəcək. Belçika mediasının yazdığına görə, hazırda ölkədə təqribən 40 ədəd “F-16” təyyarəsi döyüşə yararlı vəziyyətdədir.


media-adspc

Bənzər xəbərlər