media-photo_5219989925011330551_w

Son həftələrdə əldə olunan peyk görüntüləri göstərir ki, Yaxın Şərqdəki ABŞ hərbi bazalarında ciddi hərbi fəallıq müşahidə olunub. Görüntülərdə xüsusilə hava və müdafiə sistemlərinin sayında nəzərəçarpan artım qeydə alınıb.

Mütəxəssislər bu inkişafı İranla artan gərginliklə birbaşa əlaqələndirirlər.

ERAmedia xəbər verir ki, Qətərdəki “Al Udeid Air Base”də yerləşən “Patriot” hava müdafiə sistemlərinin sabit platformalardan mobil lansman cihazlarına keçirildiyi müəyyən edilib.

Raketlərin “M983 HEMTT” hərbi maşınlarına quraşdırılması, mümkün hücum halında daha sürətli yerləşmə və yer dəyişdirmə imkanları yaradır.

ABŞ prezidenti Donald Tramp İranın nüvə və ballistik raket proqramları səbəbilə Tehrana qarşı sərt hərbi addımlar atıla biləcəyini açıqlamışdı.

Vaşinqton administrasiyası diplomatik əlaqələrin davam etdiyini bildirirsə də, sahədə hərbi hazırlıqların sürət qazandığı müşahidə olunur.

İran İnqilab Keşikçiləri (SEPAH) isə ölkəyə qarşı hər hansı hücum olacağı təqdirdə bölgədəki ABŞ bazalarının hədəfə alınacağı ilə bağlı açıqlamalar verib.

Tehran rəhbərliyi müdafiə qabiliyyətinin yüksək olduğunu və mümkün müdaxiləyə hazır olduqlarını vurğulayır.

Peyk görüntülərini təhlil edən Uilyam Gudhindin dəyərləndirməsinə görə, yanvar və fevral aylarının əvvəlinə aid şəkillərin müqayisəsində bölgədə ciddi hərbi yığıncaq müşahidə olunub.

“El-Udeid” hərbi bazasında fevralın əvvəlində:

1 ədəd RC-135 kəşfiyyat təyyarəsi,

3 ədəd C-130,

18 ədəd KC-135 tanker,

7 ədəd C-17 yük təyyarəsi qeydə alınıb.

Yanvar ortası ilə müqayisədə bu göstəricilərin daha az olduğu bildirilib.

İordaniyadakı “Muvaffaq Salti Air Base”də F-15E və A-10 hücum təyyarələrinin sayında artım müşahidə olunub. Həmçinin EA-18G “Growler” elektron müharibə təyyarələrinin də bölgəyə yerləşdirildiyi bildirilib.

Səudiyyə Ərəbistanındakı “Prince Sultan Air Base”də “C-5 Galaxy” və C-17 yük təyyarələri görüntülənib.

Hind okeanındakı “Diego Garcia” bazasında yanvar ayı ilə müqayisədə daha çox hərbi təyyarənin yerləşdirildiyi müəyyən edilib.

Omandakı “Dukhan Air Base” ətrafında da təyyarə sayında artım qeydə alınıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər