media-1771940303_3a89383592cccd5de50d102fdb0e5ff8

ABŞ İrana 150-dən çox təyyarə və donanmasının üçdə birini yerləşdirib.

ERAmedia xəbər verir ki, bu barədə “The Washington Post” hava resursları və peyk görüntülərinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hazırda ABŞ-nin bölgədəki hərbi mövcudluğu 2003-cü il İraq müharibəsi dövrü ilə eyni səviyyədədir.

Məlumata əsasən, ABŞ-nin Kritdəki bazasında yerləşən USS Gerald R. Ford təyyarədaşıyan gəmisində onlarla təyyarə var. Bu isə Yaxın Şərqə yerləşdirilən ikinci təyyarədaşıyan gəmidir. Nəşr qeyd edir ki, beləliklə, ABŞ gəmilərinin təxminən üçdə biri hazırda bölgədədir.

“Bu cəmlənmiş qüvvənin miqyası o deməkdir ki, ABŞ ordusu Trampın verdiyi istənilən qərarı davamlı, yüksək effektiv kampaniyadan tutmuş daha hədəflənmiş, məhdud zərbələrə qədər həyata keçirə bilər”, – deyə Vaşinqton İnstitutunun tədqiqat direktoru və keçmiş Pentaqon rəsmisi Dana Strol qeyd edib.


media-adspc

Bənzər xəbərlər