media-photo_5399973643401497958_x

ABŞ-ın Ohayo ştatında vitse-prezident Cey Di Vensin evinə hücumda ittiham olunan şəxsin psixi sağlamlıq problemləri olduğu və hadisənin siyasi motiv daşımadığı bildirilib.

ERAmedia xəbər verir ki, müdafiə tərəfinin vəkili bunu NBC News-a açıqlayıb.

26 yaşlı Uilyam Defura Ohayoda baş verən vandalizm hadisəsi ilə bağlı federal və yerli ittihamlar irəli sürülüb. Hadisə zamanı vitse-prezident Vens və həyat yoldaşı Vaşinqtonda olublar. Defur çərşənbə axşamı yerli ittihamlar üzrə ilk dəfə məhkəmə qarşısına çıxarılıb və Hamilton dairəsinin bələdiyyə məhkəməsinin hakimi Canaya Trotter Bratton onun üçün 11 min dollar məbləğində girov təyin edib.

Müdafiə vəkili Pol Laufman bildirib ki, müvəkkilinin hərəkətləri siyasi xarakter daşımayıb və baş verən hücumun vitse-prezidentin şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Defur “sülhpərvər” şeirlər yazır.

Vensin Ohayodakı evi federal qurumlar tərəfindən qorunur. Cinayət işi üzrə şikayətə əsasən, Defur əvvəlcə evin giriş yolunu bağlayan Gizli Xidmətə məxsus avtomobilin şüşələrini sındırmağa cəhd edib. Şikayət FTB-nin Sinsinnati bölməsinin rəhbər müavini, xüsusi agent Gevin Hartsell tərəfindən təqdim olunub.

Sənədlərdə qeyd olunur ki, agent “polis” və “Gizli Xidmət” sözlərini qışqıraraq, əvvəlcə balta hesab edilən aləti yerə atmaq və dayanmaq barədə “ucadan və aydın” göstərişlər verib. Lakin Defur bu əmrlərə məhəl qoymayaraq, çəkiclə Vensin evinin fasadındakı şüşə panelləri sındırmağa başlayıb.

Şikayətə görə, Defur üç böyük tarixi pəncərədə yerləşən bir neçə şüşə paneli qırıb. Daha sonra o, çəkici ataraq hadisə yerindən qaçıb, lakin sonradan saxlanılıb.

Xüsusi agent Hartsellin bildirdiyinə görə, Defurun çəkiclə Gizli Xidmət avtomobilinin sürücü tərəfdəki şüşəsinə vurması nəticəsində şüşədə cızıqlar və zədələr yaranıb. Araşdırma zamanı qorunan yaşayış binasının fasadındakı üç böyük pəncərədə ümumilikdə 14 ayrı şüşə panelin tamamilə sındırıldığı müəyyən edilib.

Hartsell əlavə edib ki, Defurun zərbələri ABŞ hökumətinə məxsus pəncərələrdəki gücləndirilmiş təhlükəsizlik sistemlərinə 28 min dollardan çox maddi ziyan vurub.

Vural


media-adspc

Bənzər xəbərlər