media-1750559274_israil

ABŞ-ın İran sahilləri yaxınlığında mülki qayıqlara qarşı həyata keçirdiyi hücumlar nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilir. Hadisə İranın ABŞ hərbi gəmisini vurduğu iddiasından sonra baş verib. Vaşinqton bu iddianı təkzib edib, qarşılıqlı addımlar isə Hörmüz xəttində gərginliyi daha da artırıb.

ABŞ-ın İran sahilləri yaxınlığında mülki qayıqları hədəf aldığı hücumlar bölgədə gərginliyi yüksəldib.

ERAmedia xəbər verir ki, İran dövlət televiziyasının adı açıqlanmayan bir hərbi komandirə istinadən yaydığı məlumata görə, ABŞ İranlı mülki sürət və yük qayıqlarına hücum edib. Bildirilib ki, hədəfə alınan 6 sürət qayığı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) deyil, mülki şəxslərə məxsus olub.

Yerli mənbələrin məlumatına görə, ABŞ həmçinin Omandan İrana yük daşıyan iki kiçik qayığı da hədəf alıb. Hücum nəticəsində 5 mülki şəxs həlak olub.

ABŞ prezidenti Donald Trampın Fars körfəzində üzən gəmilərə Hörmüz boğazından keçid zamanı Amerika donanmasının müşayiət edəcəyini açıqlaması bölgədə gərginliyi artırıb. ABŞ-ın “Azadlıq Layihəsi” çərçivəsində atdığı bu addımdan sonra İrandan sərt xəbərdarlıqlar səsləndirilib. İran ordusu ABŞ qüvvələrinin Hörmüz boğazına daxil olacağı təqdirdə hədəf alınacağını bəyan edib. Birləşmiş Komandanlığın rəhbəri Əli Abdullahi isə bölgənin təhlükəsizliyinin İranın nəzarətində olduğunu vurğulayıb.

İrana bağlı “Fars” xəbər agentliyi iki raketin Cask adası yaxınlığında bir ABŞ hərbi gəmisini “xəbərdarlıqlara məhəl qoymadığı üçün” vurduğunu iddia edib. İran Hərbi Dəniz Qüvvələri də ABŞ gəmilərinin Hörmüzə girişinin qarşısının alındığını açıqlayıb. Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu iddianı təkzib edərək, heç bir ABŞ hərbi gəmisinin vurulmadığını və bölgədə əməliyyatların davam etdiyini bildirib.

SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni xəritə yayımlaması da diqqət çəkir. Qarşılıqlı bəyanatlar və hərbi hərəkətlilik bölgədə gərginliyin daha da arta biləcəyini göstərir.

Vural


media-adspc

Bənzər xəbərlər