media-qfilcietgt9yjqkbbdm1fqaoatn7rcqg2ozkdqg2_1200

ABŞ Dövlət Departamenti İraq ərazisində yerləşən diplomatik obyektlərə edilən hücumlarla bağlı məlumat verən şəxslər üçün 3 milyon dollara qədər mükafat elan edib.

ERAmedia-nın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, xüsusilə İran tərəfindən dəstəkləndiyi iddia olunan silahlı qruplar və ya bu hücumlara cavabdeh digər şəxslər barədə məlumatı olanlardan məlumatlarını paylaşmaları xahiş olunur.

Departament qeyd edib ki, ABŞ-ın Bağdaddakı səfirliyi, Ərbildəki konsulluğu və digər diplomatik obyektlər daha əvvəl də müxtəlif hücumlara məruz qalıb. Bu mükafat proqramının əsas məqsədi həmin hadisələrin araşdırılmasına töhfə vermək və gələcək hücumların qarşısını almaqdır.

Məlumatda həmçinin vurğulanır ki, əldə ediləcək məlumatlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və məsul şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər