ABŞ mətbuatından Müctəba Xamneyi ilə bağlı SENSASİON İDDİA
ABŞ mətbuatında İranın dini lideri Müctəba Xamneyinin sağlamlıq vəziyyəti ilə bağlı diqqətçəkən iddialar yayılıb.
ERAmedia xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məlumatda Xamneyinin yaralı olduğu, hətta ayağının üç dəfə əməliyyat edildiyi və protez gözlədiyi iddiası irəli sürülür.
Məlumata görə, o, həmçinin bir əlindən əməliyyat olunub və əl funksiyalarını tədricən bərpa edir.
Xəbərdə bildirilir ki, Xamneyinin üz və dodaq nahiyəsində ağır yanıq izləri var. Bu səbəbdən onun danışmaqda çətinlik çəkdiyi və gələcəkdə estetik cərrahiyyə əməliyyatına ehtiyac duya biləcəyi qeyd olunur.
Vüsalə










