ABŞ mətbuatından sensasion Rusiya İDDİASI: “Müharibəyə qoşulacaq”
ABŞ ilə İran arasında aparılan danışıqlar Hörmüz boğazı ilə bağlı gərginlik səbəbindən yarımçıq qalıb. ABŞ-ın tətbiq etdiyi blokadanın davam etməsi İranın danışıqlar masasını tərk etməsinə gətirib çıxarıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə açıqlamasında İranın neft infrastrukturuna zərbə endirə biləcəklərini bildirib.
ERAmedia xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, Rusiya İran tərəfinə ABŞ-a məxsus hərbi gəmilərin və hərbçilərin yerləşdiyi mövqeləri göstərən peyk görüntüləri təqdim edib. Məlumata əsasən, bu addım bölgədə gərginliyi daha da artırıb.
Avropalı rəsmilərin iddiasına görə, Rusiya yalnız kəşfiyyat məlumatları ilə kifayətlənməyəcək. Bildirilir ki, Moskva Iran üçün müasir pilotsuz uçuş aparatları (PUA) göndərməyə hazırlaşır.
Xəbərlərdə həmçinin qeyd olunur ki, Rusiya münaqişəyə birbaşa qoşula bilər. Bu isə regionda daha genişmiqyaslı qarşıdurma riskini artırır.
Vural









