media-videoedited
media-mmm
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Makron BMT-dən çıxıb Fransa səfirliyinə gedərkən Trampın korteji onun yolunu bağlayıb.

ERAmedia xəbər verir ki, kartejə görə yolu bağlanan Makron əvvəlcə polislə qısa dialoq aparıb, sonra isə Trampa zəng edib.

Polis: -Neçə nəfərsiniz?

Makron: -Mənimlə 10 nəfər var, Fransa səfirliyinə gedirəm.

Polis: -Üzr istəyirəm cənab Prezident, çox üzr istəyirəm. Sadəcə kortejə görə hər şey donub. Üzr istəyirəm.

Makron: -Əgər görünmürsə qoy keçim, sizinlə sövdələşək.

Sövdələşmənin alınmayacağını görən Makron Trampa zəng edib.

Makron: -Necəsən?

Tramp: -…

Makron: -Bilirsən nə olub? Sənə görə yolda hər şeyi dayandırıblar. Mən də gözləyirəm.

Tramp: -…

Makron: -Amma alınsa, çox istərdim.

Tramp: -…

Makron: -Bəli, bilirəm, bilirəm. Arxanca gələcəm. Amma Qəzzadakı vəziyyətlə bağlı Qətərlə və səninlə qısa bir söhbət etmək çox istərdim..

Videonu təqdim edirik.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər