media-videoedited
media-1758297002363313139_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər edəcək.

ERAmedia xəbər verir ki, bu barədə Tramp Çin lideri Si Cinpinlə telefon danışığına dair sosial media hesabındakı paylaşımında bildirib.

Tramp oktyabrın 31-dən noyabrın 1-dək Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Si Cinpinlə görüşəcəyini açıqlayıb.

Ağ Ev lideri gələn ilin əvvəlində Çinə səfər edəcəyini, Çin liderinin isə uyğun vaxtda ABŞ-a səfər edəcəyini vurğulayıb.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər