ABŞ PUA-ları İran sərhədi yaxınlığında görüldü
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” kəşfiyyat təyyarəsi və “MQ-4C Triton” pilotsuz uçuş aparatı İran sərhədi yaxınlığında qeydə alınıb.
ERAmedia xəbər verir ki, bu barədə RİA Novosti uçuş məlumatlarına əsasən xəbər yayıb.
Marşrut məlumatlarına görə, təyyarə Bəhreyndən havaya qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub, pilotsuz aparat isə Əbu-Dabidən qalxaraq Oman körfəzi üzərində patrul uçuşu həyata keçirib.
ABŞ prezidenti Donald Tramp İrandan ölkədə nüvə silahının mövcudluğunu istisna edən razılaşma imzalamağı tələb edir. O bildirib ki, əks halda, İranı ötən ilin yayında baş verəndən daha güclü hücum gözləyə bilər.
Yanvarın sonunda ABŞ Oman və Fars körfəzlərinə hərbi gəmilərdən ibarət donanma göndərib. Daha sonra Pentaqon rəhbəri Pit Heqset bölgəyə əlavə bölmələrin yerləşdirildiyini açıqlayıb.
KİV-lərin yazdığına görə, Vaşinqton Tehrandan nüvə proqramının məhdudlaşdırılması istiqamətində əlavə addımlar, o cümlədən uranın zənginləşdirilməsindən tam imtina və ballistik raket istehsalının məhdudlaşdırılmasını gözləyir.
Vural









