ABŞ rəsmisi: “Tramp ilə Ərdoğan arasında qardaşcasına bir bağ var”
ABŞ-ın Ankaradakı səfiri və Suriyaya dair xüsusi nümayəndəsi Tom Barrak qatıldığı bir proqramda açıqlamalar verib.
ERAmedia-nın məlumatına görə, Türkiyə ilə bağlı fikirlərini bölüşən Barrack bildirib ki, “Tramp ilə Ərdoğan arasında qardaşcasına bir münasibət bağı mövcuddur. Onlar bu bağı adi çərçivələrin xaricində qurublar”.
Barrak həmçinin Türkiyənin Avropanı müdafiə etməsini istədiklərini, lakin Avropanın Rusiya ilə baş verən hadisələrdən narahatlıq çəkdiyi üçün Türkiyənin ən müasir və yaxşı təchizata sahib olmasını istəmədiyini vurğulayıb. O, bunu “tamamilə ağılsızlıq” adlandırıb.
Vural









