media-ab_rusiya_nefti

ABŞ administrasiyası Rusiya neftinin satışına dair müvəqqəti sanksiya yumşaldılmasını uzatmayıb.

ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qərara əsasən, 12 mart 2026-cı ilədək gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının qanuni şəkildə satışına imkan verən güzəşt rejimi 11 aprel şənbə günü başa çatıb. Bu mexanizm enerji bazarlarında ciddi gərginlikdən sonra tətbiq olunmuşdu.

Məlumatlara görə, Yaxın Şərqdə müharibənin kəskinləşməsi və Hörmüz boğazınin bağlanması qlobal neft ixracını təxminən gündə 13 milyon barel azaldıb və qiymətlərin 100 dollardan yuxarı qalxmasına səbəb olub.

Bu vəziyyətdə Vaşinqton qlobal bazarda təklifi artırmaq üçün həm Rusiya, həm də İran neftinə qarşı müvəqqəti yumşaldıcı addımlar atmışdı. Lakin bu siyasət indi ləğv edilir.

Donald Trampın administrasiyası bildirir ki, İran neftinə dair analoji müvəqqəti icazə 19 apreldə başa çatacaq və ABŞ Maliyyə Nazirliyi onun da uzadılmasını planlaşdırmır.

“International Energy Agencynin aylıq hesabatına görə, 2026-cı ilin martında Rusiyanın neft və neft məhsullarından gəlirləri 19 milyard dollara yüksəlib. Bu, fevral ayı ilə müqayisədə 9,3 milyard dollar, ötən ilin martı ilə müqayisədə isə 4,8 milyard dollar çoxdur.

Neft ixracı: gündə 4,6 milyon barel (+0,27 mln)

Neft məhsulları: gündə 2,5 milyon barel (+0,05 mln)

Ümumi ixrac: gündə 7,1 milyon barel (+0,32 mln)

Mart ayında Rusiyanın neft hasilatı gündə 8,96 milyon barelə yüksəlib. Bu, əvvəlki aya nisbətən 0,29 milyon barel artım deməkdir, lakin OPEC+ çərçivəsində müəyyən edilmiş kvotadan 0,61 milyon barel aşağıdır.

Ümumilikdə maye karbohidrogenlərin hasilatı isə 10,32 milyon barel/gün səviyyəsinə çatıb.

Məlumata görə, qlobal enerji bazarında gərginlik və sanksiya siyasətində dəyişikliklər neft ticarətinin dinamikasına ciddi təsir göstərməkdə davam edir.

“The New York Times” isə bildirib ki, İran neftinə dair müvəqqəti ixrac icazəsinin də yaxın günlərdə ləğv olunacağı gözlənilir.

Vural


media-adspc

Bənzər xəbərlər