ABŞ səfirliyi vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı
ABŞ-ın İraqdakı səfirliyi ölkə vətəndaşlarını dərhal İraqı tərk etməyə və Bağdaddakı səfirliyin, eləcə də Ərbildə yerləşən konsulluğun ətrafına getməməyə çağırıb.
ERAmedia xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında dərc olunub.
Bildirilib ki, təhlükəsizliklə bağlı davam edən təhdidlər səbəbindən ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidir.
“ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər. Təhlükəsizlik təhdidləri səbəbindən Bağdaddakı səfirliyə və ya Ərbildəki konsulluğa getməyə cəhd etməmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd olunub.
Diplomatik nümayəndəlik həmçinin ABŞ vətəndaşlarını İraqa hər hansı səfərdən çəkinməyə çağırıb. Qeyd olunub ki, Bağdaddakı səfirliyin yerləşdiyi ərazi dəfələrlə müxtəlif terror qruplaşmalarının hücumlarına məruz qalıb.
Bundan əvvəl Bağdaddakı ABŞ səfirliyinin binasının raket atəşinə tutulduğu barədə məlumat yayılmışdı.
Vural









