media-ads-728x90
media-skynews-trump-zelenskyy_6995553
media-ads-728x90

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya dair təhlükəsizlik razılaşmalarının icrasını Avropa ölkələri öz üzərinə götürəcək və bu prosesdə ABŞ-ın birbaşa iştirakı nəzərdə tutulmur.

Ukraynada döyüşlərin başa çatmasından sonra sülhün təmin olunması yollarından biri kimi təhlükəsizlik zəmanətləri mövzusu artıq uzun müddətdir müzakirə olunur.

Bir çox ekspertlər mart ayından etibarən, Böyük Britaniya və  Avropa ölkələrinin  təşkil etdiyi  koalisiyanın   ABŞ-ın dəstəyi olmadan səmərəsiz olacağını bildiriblər. Lakin ABŞ indiyədək birbaşa müdaxilədən imtina edib.

ERA media xarici KİV-ə istinadən, bu barədə Fox News-a müsahibədə ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri təhlükəsizlik razılaşması çərçivəsində əvvəlcədən hərbçilərini bölgəyə yerləşdirməyə hazırdır, ABŞ-ın isə Ukraynaya yerüstü qoşun göndərmək niyyətində olmadığını qeyd edərək vurğulayıb: “Mən prezident olduğum üçün bu zəmanəti verirəm.”


media-ads-728x90

Bənzər xəbərlər