media-eu-us-flags-scaled-1

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlər Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsələsinə görə yenidən ciddi böhran həddinə çatıb.

ERAmedia xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa diplomatlarına istinadən məlumat yayıb.

Diplomatların sözlərinə görə, bazar ertəsi Brüsseldə toplaşan xarici işlər nazirləri ABŞ-ın gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək çağırışına demək olar ki, yekdilliklə qarşı çıxıblar. Onlar bildiriblər ki, ABŞ administrasiyası özü buna hazır olmadığı halda, Aİ ölkələri öz gəmilərini və hərbçilərini risk altına qoymağa hazır deyil.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Hörmüz boğazı vasitəsilə neft idxal edən ölkələr təhlükəsizliyin təmin olunmasına qoşulmalı və bölgəyə hərbi gəmilər göndərməlidirlər.

Vural


media-adspc

Bənzər xəbərlər