media-donald_tramp

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmamaq barədə razılığa gəldiyini bildirərək, “Bu gün İranla müharibəni bitirdik”, – deyib.

ERAmedia xəbər verir ki, Corciya qubernatorluğu uğrunda yarışan Burt Consun telefon vasitəsilə təşkil etdiyi mitinqə qatılan Tramp İranla bağlı açıqlamalar verib.

Tramp bildirib ki, İranın heç vaxt nüvə silahına sahib olmaması ilə bağlı razılıq əldə olunub və bu, ABŞ-ın əsas tələbi olub.

“Bu gün İranla müharibəni bitirdik. Onlar heç vaxt nüvə silahına sahib olmamağa razı oldular. Bu, bizim israr etdiyimiz əsas məsələ idi. Bütün məqsədimiz də məhz bu idi. Məqsədimizin 95 faizi bundan ibarət idi”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti daha sonra Ağ Evdə keçirilən imza mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən İranla razılaşmanın yekun mərhələdə olduğunu bildirib.

Onun sözlərinə görə, sənədlərin son variantı üzərində işlər davam edir və proses yaxın bir neçə gün ərzində tamamlanacaq.

“Hazırda sənədlərin son formasının hazırlanması mərhələsindəyik. Bu proses qarşıdakı bir neçə gün ərzində başa çatacaq və imza mərasimi keçiriləcək. Ola bilsin ki, mərasim Avropada təşkil olunsun”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti bildirib ki, razılaşma imzalandıqdan sonra İran heç bir şəkildə nüvə silahı əldə etməyəcək və belə silahların hazırlanması ilə məşğul olmayacaq.

Tramp həmçinin Türkiyə də daxil olmaqla bir sıra regional ölkələrin liderləri ilə danışıqlar apardığını və bu təmasların davam etdiyini bildirib.

İranla razılaşma prosesində Ankaranın roluna toxunan Tramp, “Türkiyə ilə də danışacağıq. Prezident Rəcəb Tayyib Ərdoğan bu prosesdə möhtəşəm rol oynayıb”, – deyə qeyd edib.

İran lideri Müctəba Xamneyinin razılaşmanı təsdiqləyib-təsdiqləmədiyi ilə bağlı suala cavab verən Tramp, “Mənim bildiyimə görə, cavab bəlidir”, – deyib.

ABŞ prezidenti vurğulayıb ki, razılaşma imzalanan kimi Hörmüz boğazı açılacaq və Vaşinqtonun İrana qarşı tətbiq etdiyi dəniz blokadası ləğv olunacaq.

“Razılaşma yaxın vaxtlarda, bəlkə də bu həftəsonu imzalanacaq”, – deyə o əlavə edib.

Tramp mümkün imza mərasimində ABŞ-ni vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və keçmiş baş müşaviri Cared Kuşnerin təmsil edə biləcəyini bildirib.

ABŞ prezidenti qeyd edib ki, bu həftəsonu Vaşinqtonda keçiriləcək ABŞ-nin yaranmasının 250 illiyi münasibətilə təşkil olunan tədbirlərdə iştirak edəcəyindən, mümkün imza mərasimində ölkəsini vitse-prezident Cey Di Vensin təmsil etməsi ehtimalı yüksəkdir.

Vural


media-adspc

Bənzər xəbərlər