media-17890312061056137920_1200x630

Azərbaycanın müdafiə qüdrətinin formalaşması və davamlı şəkildə gücləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədlərindən biri güclü, müasir və yüksək texnologiyalara əsaslanan ordu yaratmaqla yanaşı, onun silah və hərbi texnika ilə təminatında milli imkanları genişləndirmək, müdafiə sənayesini formalaşdırmaq və ölkənin xarici asılılığını minimuma endirmək olub. Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanışlığı bu siyasətin nəticələrinin növbəti dəfə nümayişi baxımından mühüm hadisədir.

ERAmedia-ya bu fikirləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova səsləndirib.

O bildirib ki, regionun ən böyük ixtisaslaşmış müdafiə sərgilərindən birinə çevrilən “ADEX” Azərbaycanın hərbi sənaye potensialının təqdim olunduğu məkan olmaqla yanaşı, beynəlxalq hərbi-texniki əməkdaşlığın mühüm platformasıdır:

“Müxtəlif ölkələrdən şirkətlərin, hərbi nümayəndə heyətlərinin və müdafiə sənayesi üzrə mütəxəssislərin Bakıda bir araya gəlməsi Azərbaycanın bu sahədə qazandığı mövqeyin göstəricisidir. Bu gün “ADEX”in əhəmiyyəti nümayiş etdirilən silah və hərbi texnikanın çeşidi ilə məhdudlaşmır. Sərgi yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə, müasir texnologiyaların öyrənilməsinə, birgə layihələrin müzakirəsinə və Azərbaycan müdafiə sənayesi məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradır. Başqa sözlə, “ADEX” artıq Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına, ölkəmizin hərbi-texniki əməkdaşlıq sahəsində formalaşdırdığı milli brendə çevrilib. Bu nəticələrin arxasında isə illər əvvəl müəyyənləşdirilmiş uzaqgörən dövlət siyasəti dayanır”.

.


media-adspc

Bənzər xəbərlər