media-videoedited
media-547421836_1090451233259794_556109296117952450_n
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.
ERAmedia xəbər verir ki, qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər