media-1789645460758315784_1200x630

“Bakı Metropoliteni” QSC-də xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə alternativ marşrutlar təklif edilir.

ERAmedia-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa və rahat şəkildə gedə bilərlər.

“Həmçinin Xırdalan və Biləcəri istiqamətindən qatarla “Dərnəgül” dayanacağına gələn sərnişinlər buradan eyniadlı metro stansiyasına keçid edərək metronun Yaşıl xətti üzrə səfərlərini davam etdirə bilərlər. Bu marşrutdan istifadə etməklə sərnişinlər, o cümlədən metronun “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyaları istiqamətində rahat hərəkət edə bilərlər”, – deyə qurumun yaydığı məlumatda bildirilir.


media-adspc

Bənzər xəbərlər