media-175532855495443238_1200x630

Paytaxtın Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

 


media-adspc

Bənzər xəbərlər