media-videoedited
media-17600181273051816263_1200x630
media-shehidler_olmez_baner_full

FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb. Bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.

ERAmedia AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu prosesin nəticəsi olaraq, FIFA Şurasının son iclasında 2025-2029-cu illər dövrü üçün qurumun Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib. Şuranın qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.

Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib. Yeni təyinatlar FIFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər