Ağdamda 9 milyon manatlıq yaşayış binaları tikiləcək
Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhəldə işlərə start verilir.
Tikinti işləri şəhərin 5-ci yaşayış massivi, məhəllə O-136 üzrə aparılacaq.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “SNT” inşaat şirkətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 9 milyon manat ödənilib.