Ağdaşda avtomobil aşıb
Ağdaşda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Hadisə axşam saatlarında rayonun Yuxarı Nemətabad kəndi ərazisində qeydə alınıb.
ERAmedia xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin – 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.









