Ağdaşda“TIR”la Mercedes” toqquşdu
Bu gün saat 11 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili “TIR”la toqquşub.
ERAmedia xəbər verir ki, “Mercedes”in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.










