media-1771342235_7mkkp7wj4ixb0nvcs908inuyzd7jcu9sefop1nfz_1200

Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

ERAmedia xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Quliyev Mahir Abuzər oğlunun nəşi aşkar edilib.

Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib.

Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır. (Teleqraf.az)


media-adspc

Bənzər xəbərlər