Ağdərədə minaya düşən şəxslərin vəziyyəti açıqlanıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində bu gün mina hadisəsi baș verib.
Bu barədə ERAmedia-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əlzamin Surxaylı sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş – 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə olunublar, vəziyyətləri qənaətbəxşdir.









