media-1766916838_69510203cc3ed69510203cc3ee176691661169510203cc3eb69510203cc3ec
media-bant_master

media-1766916889_695101db2b766695101db2b7671766916571695101db2b763695101db2b765

Ağdərə rayonuna güclü qar yağıb.

ERAmedia  xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, intensiv qar yağışı bəzi istiqamətlərdə hərəkətdə qismən çətinliklər yaratsa da xidmətin balansında olan xüsusi texnikalar vasitəsilə avtomobil yolları operativ şəkildə qardan təmizlənib. Yol infrastrukturu nəzarətdə saxlanılır, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollara qum və buz əleyhinə maddələr səpilib.

Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti tam təmin olunub. Mövcud hava şəraitinə baxmayaraq, rayon ərazisində elektrik enerjisi, təbii qaz və içməli su təchizatında hər hansı problem qeydə alınmayıb. Əhali fasiləsiz olaraq kommunal xidmətlərlə təmin edilir. Hazırda aidiyyatlı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


media-adspc

Bənzər xəbərlər