media-ggacyckrseywct4ef9vllvsl8pirm7mtclvbtshc_1200

Azərbaycan Güləş Federasiyası (AGF) və Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb.

ERAmedia xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə hər iki tərəfin rəsmi şəxsləri, qonaqlar və digər rəsmi nümayəndələr iştirak edib.

İctimai diplomatiya üzrə müşavir “Sülh naminə güləş” təşkilatının icraçı direktoru Den Rassel Azərbaycan Güləş Federasiyasının baş katibi Pərviz Piriyev ilə görüşərək əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra ABŞ və Azərbaycan komandalarının üzvləri arasında qarşılıqlı hədiyyə mübadiləsi olub. Həmçinin ABŞ millisinin üzvləri “Zəfər” Güləş Klubunun uşaqlarına imzalı posterlər təqdim ediblər. Bununla yanaşı, ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Mark Hakef ABŞ və Azərbaycanın güləş üzrə U-17 milli komandalarına və “Zəfər” Güləş Klubunun uşaqlarına hər iki ölkənin bayraqlarının nişanlarını təqdim edib.

Sonda “Sülh naminə güləş” təşkilatı və AGF arasında anlaşma memorandumu imzalanıb.


media-adspc

Bənzər xəbərlər