media-1791295419472924322_1200x630

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində oktyabrın 6-da Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb.

ERAmedia xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.

O qeyd edib ki, layihə çərçivəsində Ağgöl Milli Parkının ərazisinə 33 baş ceyran buraxılıb və hazırda onların sayı təbii artımla birlikdə 100 başa çatıb.

2010-cu ildən başlanılmış həmin layihə çərçivəsində bu günədək Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub.


media-adspc

Bənzər xəbərlər