media-17873346934777934917_1200x630

Azərbaycan ağırlıqqaldıranı İsa Hüseynov (60 kiloqram) Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 bürünc medal qazanıb.

ERAmedia xəbər verir ki, birdənqaldırma hərəkətində 93 kiloqramı çəkini başı üzərinə qaldıran idmançı yarışın bürünc mükafatını əldə edib. O, təkanla qaldırma növündə 116 kiloqram ağırlığın öhdəsindən gələrək yenə ən güclü üçlüyü tamamlayıb.

Beləliklə iki hərəkətin cəmində 209 kiloqram nəticə göstərən İsa Hüseynov toplamda da Avropa birinciliyinin bürünc medalına sahib olub.


media-adspc

Bənzər xəbərlər