Aİ Ukraynaya növbəti maliyyə tranşı ayırıb
Avropa İttifaqı “Ukraine Facility” çərçivəsində Ukraynaya 1,8 milyard avro həcmində yeni maliyyə yardımı tranşı ayırıb.
Bu barədə Avropa İttifaqı Şurasının saytında dərc olunan bəyanatda deyilir.
“Maliyyələşdirmə, ilk növbədə, Ukraynanın makromaliyyə sabitliyinin möhkəmləndirilməsinə və onun dövlət idarəçiliyinin davamlı fəaliyyətinin dəstəklənməsinə yönəlib”- deyə bəyanatda qeyd olunur.
Beləcə, son tranş daxil olmaqla 2022-ci ildən bəri Aİ ölkələri tərəfindən Ukraynaya ayrılan maliyyə yardımın ümumu həcmi 179,8 milyard avroya çatmış olub.










