Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb | Sumqayıtda evdə yanğın olub - VİDEO | Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olunub | Mehriban Əliyevadan Nəriman Həsənzadənin ölümü ilə bağlı PAYLAŞIM | Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə nəticələr açıqlanıb | Yaponiyanın şimalında güclü zəlzələ baş verib | Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib | Lerik rayonunda zəlzələ qeydə alınıb | “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək | DYP sürücülərə və piyadalara müraciət etdi | Hörmüz boğazında neft tankeri vurulub | Xalq şairi Nəriman Həsənzadə vəfat edib | Prezident sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib | Media nümayəndələri üçün təlimlər keçirilib | İtaliya İspaniya ilə Şengen vizasını dayandırıb | Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb | Paytaxtın bu yollarında hərəkət məhdudlaşdırılacaq | 1 avqust – Azərbaycan Əlifbası Günüdür | ABŞ-nin F-35 qırıcı təyyarəsi yandı | Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi-VİDEO
media-fhpbwconxw2i08yarla3cau8tytk1kasuogv9pdi_1200

“Airbus” şirkəti A320 sinfinə daxil olan təyyarələrdə aşkarlanan proqram təminatı qüsuru ilə əlaqədar dünya üzrə 6 min hava gəmisini geri çağırır.

ERAmedia “Spiegel” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislər güclü Günəş radiasiyasının uçuş idarəetməsi üçün vacib olan məlumatları zədələyə və bununla da təyyarənin stabil idarə olunmasına təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

“Airbus” bəyan edib ki, proqram təminatının yenilənməsi növbəti uçuşa qədər tamamlanmalıdır və bu proses bir sıra reyslərin ləğvinə və gecikmələrə səbəb ola bilər.

Vəziyyətlə əlaqədar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin yaxın günlərdə təcili uçuşyararlılıq direktivi yayacağı gözlənilir. “Reuters”in məlumatına görə, təyyarələrin bir hissəsində yalnız əvvəlki proqram versiyasına geri dönüş tələb olunsa da, yüzlərlə “A320”də avadanlığın tam dəyişdirilməsi mümkündür ki, bu da uçuşların bir neçə həftəlik dayanmasına gətirib çıxara bilər.

Qərara səbəb olan hadisə oktyabrda baş verib. “JetBlue” aviaşirkətinə məxsus təyyarə uçuş idarəetməsində yaranan nasazlıq və qəfil hündürlük itkisi səbəbindən ABŞ-ın Tampa şəhərində təcili eniş etməli olub. Hadisə zamanı bir neçə sərnişin xəstəxanaya yerləşdirilib. “Airbus” baş verənlərlə bağlı təəssüfünü ifadə edərək təhlükəsizliyin tam təmin edilməsinin şirkətin əsas prioriteti olduğunu bəyan edib.


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop