media-17855030245843738737_1200x630

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Xırman” MMC-yə məxsus “Qaymaq” əmtəə nişanlı süd və süd məhsullarının emalı müəssisəsində olub.

ERAmedia-ya bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, müəssisədə emal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin olunması istiqamətində görülən işlərlə tanış olan agentlik sədri məhsulların laborator analizlərinin həyata keçirildiyi laboratoriyaya da baxış keçirib.

AQTA-nın sədri müəssisədə qida təhlükəsizliyi sistemlərinin davamlı təkmilləşdirilməsinin, emal proseslərində yüksək keyfiyyət standartlarının qorunmasının və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin əhəmiyyətini vurğulayıb.


media-adspc

Bənzər xəbərlər