AK Parti Azərbaycanı təbrik edib
Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AK Parti) “X” hesabında Azərbaycanı müstəqilliyinin bərpa edilməsinin 34-cü ili münasibətilə təbrik yayımlayıb.
ERAmedia həmin təbriki təqdim edir:
“18 oktyabr 1991-ci ildə müstəqilliyini elan edən qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edirik. Biz “bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda ədalətli mübarizəsində həmişə yanındayıq”.