Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 117-ci mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.
ERAmedia xəbər verir ki, sənət ocağının direktoru Aqil Bəhramlı bu münasibətlə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Teatr rəhbəri ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümün bir sıra planlarını açıqlayıb:
“Musiqili Teatrın ötən mövsümündə müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Bu mövsümdə də bir çox maraqlı layihələr həyata keçiriləcək, yeni tamaşalarımızın premyeraları olacaq”.
Görüşdə Xalq artistləri İlham Namiq Kamal və Afaq Bəşirqızı da çıxış edərək kollektivi təbrik edib, onlara cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 117-ci mövsümünün rəsmi açılışı 18 Sentyabr — Milli Musiqi Günündə
dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə olacaq.
Kollektiv bütün teatrsevərləri teatrın tamaşalarını izləməyə dəvət edir.
Əli Fərhad









