Aktrisa eyni ev vergisini iki dəfə ödədi - FOTO
Türkiyəli məşhur aktrisa Serenay Sarıkayanın əmlak vergisi ödənişlərində diqqətəlayiq bir qarışıqlıq baş verdi. Sarıkayanın eyni əmlak üçün iki dəfə ödədiyi iddia edilir.
ERAmedia xəbər verir ki, həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez xəbərlərdə yer alan Serenay Sarıkayanın etdiyi ödəniş indi müzakirə olunur.
Gəlir vergisi ilə bağlı yüksək səviyyədə könüllü riayət edən vergi ödəyiciləri arasında olan Sarıkaya mart ayında təşəkkür sertifikatı alıb. Sertifikatı məşhur aktrisaya İstanbul vergi əməkdaşı Rıza Bilgiç təqdim edib.
İddia olunur ki, Sarıkaya əmlak vergisi ödənişlərindəki qarışıqlıq səbəbindən eyni ev üçün iki dəfə ödəniş edib. JMəlumata görə, ödənişlərdən biri onun köməkçisi, digəri isə Sarıkayanın özü tərəfindən edilib.
Buna görə, bələdiyyə təxminən 30.000 türk lirəsi məbləğində artıq ödəniş üçün məhkəmə prosesi başlatdı və məbləğ Sarıkayaya geri qaytarılıb.

Mələk Onur










